Canlı
Bu il əcnəbilərə 6 uşaq övladlığa verilib

Bu il Azərbaycanda əcnəbilər tərəfindən 6 uşaq övladlığa götürülüb. Onlardan 4 qız, 2 oğlandır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədovun sözlərinə görə, uşaqlardan 3-ü Rusiya, digərləri isə Türkiyə, Almaniya və Gürcüstan vətəndaşları tərəfindən övladlığa götürülüb. Uşaqlar 3-6 yaş arasındadırlar.

Fərid Mehdiyev