Bu ilin sonunadək azad olunan ərazilərə 5 min 171 ailə köçürüləcək
Ötən ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1 186 ailə-4691 nəfər keçmiş məcburi köçkün köçürülüb. Bu ilin sonuna kimi həmin ərazilərin 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5 min 171 ailənin köçürülməsi planlaşdırılır. Baş nazir Əli Əsədov deyib ki, 2026-cı ilədək isə 34 500 ailənin doğma torpaqlarına qayıdışı təmin olunmalıdır.
Lalə Nəsib