Canlı
Bugün 57910 şagirdin biliyi sınanacaq

Bu gün Dövlət İmtahan Mərkəzi Bakı, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan IX və XI siniflərdəki şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir. Ümumilikdə 57910 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanlar üçün 88 bina, 238 imtahan rəhbəri, 2805 nəzarətçi-müəllim ayrılıb.

Vüsalə Camal