Buraxılış imtahanlarına görə şagird yerdəyişməsi dayandırılır
10 yanvar saat 17-dən etibarən 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə 10 yanvardan tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə isə prosesinin yenidən başlanacağı tarix barədəə əlavə məlumat veriləcək.
Lalə Nəsib