Cəbrayıl və Qazaxda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var.
Cəbrayılın Marallı kəndində "Mercedes" və "VAZ-2107" markalı minik maşınları toqquşub. Nəticədə 3 nəfər- Mehdi Mehdiyev, Ehtibar Əliyev və Əli Cəfərov hadisə yerində ölüb. Daha 3 nəfər isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qazaxın Daş Salahlı kəndində isə "Opel" markalı avtomobilin idarəetmədən çıxaraq suötürücü boruya çırpılması 4 nəfəri xəstəxanalıq edib. Fakt araşdırılır.
Lalə Nəsib