Ceyhun Bayramov bolqar həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramovun Bolqarıstanlı həmkarı Mariya Qabriel ilə telefon danışığı baş tutub. Hər iki ölkə arasında ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolu və əhəmiyyəti də qeyd olunub.
Lalə Nəsib