Ceyhun Bayramov Fransanın "persona-non-grata" elan etdiyi Azərbaycan diplomatları ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Fransa tərəfindən 27 dekabr tarixində heç bir əsas olmadan persona non grata elan edilmiş səfirlik əməkdaşlarını qəbul edib. Nazir onlara göstərdikləri səmərəli diplomatik xidmətə görə təşəkkür edib. Fransa tərəfindən atılan bu əsassız addımın sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasındakı ikitərəfli münasibətlərə vurulan növbəti zərbə olduğu bildirilib. Nazir səfirlik əməkdaşlarına bundan sonrakı diplomatik fəaliyyətlərində uğurlar arzu edib.
Lalə Nəsib