Ceyhun Bayramov O’Braynı Ermənistanın son hərbi təxribatı barədə məlumatlandırıb
Xarici işlər naziri Ceyhun Bayramov Münxendə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb. Nazir, Ermənistanın son hərbi təxribatı barədə qarşı tərəfi məlumatlandırıb. Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunmasının qəbuledilməzliyi diqqətə çatdırılıb. Ermənistan konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.
Lalə Nəsib