Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb. Hər iki ölkə arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Lalə Nəsib