Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı və digər platformalar çərçivəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası Azərbaycan üçün qəbuledilməzdir. Bu fikri Xarici İşlər Naziri Ceyhun Bayramov Almaniyanın dövlət katibi Tomas Bager ilə görüşü zamanı deyib. Tərəflər Azərbaycanla Almaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayıb. Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, Ermənistanla münasibətlərin və sülhün təsis edilməsi üçün vacib əhəmiyyət kəsb edən məqamlar diqqətə çatdırılıb. Ceyhun Bayramov Berlindən Türkiyəyə yollanıb. Səfər çərçivəsində nazirin Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Lalə Nəsib