Dövlət imtahanından azad olunan tələbələrin diplom alma qaydası açıqlanıb
2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi təcrübə ilə başa çatır. 2023/2024-ci tədris ilində məzun olacaq bakalavrların təxminən 60-70 faizi yekun dövlət imtahanından azaddır. Həmin tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq. Elm və Təhsil Nazirliyindən bu barədə bildirilib.
Lalə Nəsib