Dövlət qulluğu imtahanlarında da xarici dil üzrə danışıq bloku sualları salınacaq
Dövlət qulluğu imtahanlarında da xarici dil üzrə danışıq bloku sualları salınacaq. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu prosesə başlamaq üçün texniki imkanların təmin edilməsi həyata keçiriləcək. Prosesin hüquqi müstəvidə öz əksini tapması ən azı bir il çəkəcək. "Hazırda, magistratura və doktorantura imtahanlarında xarici dil üzrə danışıq bloku sualları salınacaq"-deyə sədr əlavə edib.
Lalə Nəsib