Dövlət sərhədini pozmağa cəhd edən Hindistan vətəndaşları saxlanılıb
“Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 Hindistan vətəndaşı saxlanılıb. Onlar ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
Lalə Nəsib