Canlı
Dünya birjalarında neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar və ya 0,62% artaraq 45,21 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar və ya 0,61% artaraq 47,71 dollar olub. Azərbaycan nefti də bahalaşmaqda davam edir. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,52 dollar və ya 1,08% artaraq 48,49 dollar təşkil edib.

Vüsalə Camal