Dünya və Avropa çempionu Azərbaycan millisinin heyətindən çıxarılıb
Yunan-Roma güləşi üzrə üçqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli Xorvatiyada keçiriləcək “Zaqreb Open”də iştirak edəcək Azərbaycan millisinin heyətindən çıxarılıb. 31 yaşlı titullu idmançı yanvarın 10-da startı veriləcək yarışda iştirak etməyəcək. Azərbaycan milliləri 2024-cü ilin ilk yarışında 26 güləşçi ilə mübarizə aparacaq. Yanvarın 14-dək keçiriləcək turnir reytinq xarakterlidir.
Lalə Nəsib