Dəm qazı kabusu Bakı və Şamaxıda can aldı
Şamaxının Mərzəndiyə kənd sakinləri Elxan Əhmədov və onun həyat yoldaşı Zemfira Əhmədova yaşadıqları evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənib. Nəticədə Elxan Əhmədov ölüb, qadın isə xəstəxanada müalicə alır. Bakıda da analoji hal qeydə alınıb. 33 yaşlı Turanə Quliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. Fakt üzrə araşdırma aparılır.
Lalə Nəsib