Canlı
Daşkəsən sakininin mənzilindən odlu silah aşkarlandı

Daşkəsən Rayon Polis Şöbəsinə 78 yaşlı Bakir Verdiyevin odlu silah hazırlaması barədə məlumat daxil olub. Polis Verdiyevi şübhəli şəxs qismində saxlayıb. Onun Daşkəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən oradan iki müxtəlif çaplı odlu silah və onlara məxsus patronlar aşkarlanıb. Bakir Verdiyev uzun illərdir bu işlə məşğul olduğunu, ancaq tutduğu əməlin əslində cinayət tərkibi daşıdığını bilmədiyini deyib. Onun evindən aşkarlanan silahlardan hər hansı bir cinayət əməlində istifadə olunub-olunmadığını müəyyənləşdirmək üçün maddi sübutlar ekspertizaya təqdim edilib. Araşdırmalar gedir.

Vəfa Şairova