Daha 30 minə yaxın müəllim üçün sertifikatlaşdırma imtahanı keçiriləcək
Bu il əlavə olaraq 25-30 min müəllim üçün sertifikatlaşdırılma prosesi həyata keçiriləcək. Prosesə riyaziyyat, Azərbaycan dili və xarici dil fənlərini tədris edənlər cəlb ediləcək. Elm və təhsil naziri Emin Əmrullayev əlavə edib ki, bu günədək ölkə üzrə 140 min təhsilverənin 40 mini sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əməkhaqqısına 10 faiz, 8 min təhsilverənin əməkhaqqısına isə 35 faiz əlavə edilib.
Lalə Nəsib