Daha iki güləşçimiz Bakıdakı dünya çempionatında medal qazanıb
Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatında çıxışını başa vurub. Yarışın üçüncü günündə daha iki idmançımız -Jalə Əliyeva qızıl, Birgül Soltanova isə bürünc mükafata sahib olublar. Bununla da qadınlardan ibarət yığmamız medalların sayını 6-ya çatırıb. Turnir dekabrın 3-dək davam edəcək.
Lalə Nəsib