Daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb. Beləliklə, prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb. Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, növbədənkənar prezident seçkiləri ilə bağlı 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. İndiyə qədər seçkiləri müşahidə etmək üçün 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib. Hamısı da müsbət qarşılanıb.
Lalə Nəsib