Dekabrın 30-u qısaldılmış iş günü olacaq
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib. Bununla əlaqədar beşgünlük, həmçinin altıgünlük iş həftəsində 30 dekabr tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində həmin iş gününün müddəti bir saat qısaldılır. Bu barədəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Lalə Nəsib