Digər namizədlər növbədənkənar prezident seçkisində səs veriblər
Prezidentliyə namizəd Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində, Qüdrət Həsənquliyev 7 saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsində, Zahid Oruc 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində, Razi Nurullayev 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində, Elşad Musayev 19 saylı Nərimanov l seçki dairəsinin 3 saylı seçki məntəqəsində, Fuad Əliyev 34 saylı Xətai II Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Lalə Nəsib