Canlı
Dopinqə görə cəzalanan Olimpiya çempionu Toğrul Əsgərov məsələyə aydınlıq gətirib

Dopinqə görə cəzalanan Olimpiya çempionu, Gəncə güləş məktəbinin istedadlı yetirməsi Toğrul Əsgərov ARB Kəpəzə açıqlamasında istifadəsi qadağan olunan hər hansı bir preparatdan istifadə etmədiyini bildirib. 25 yaşlı pəhləvan ilin əvvəlində Hindinstanda iştirak etdiyi Peşəkar Güləş Liqasının yarışları zamanı qida rasionunda dəyişiklik səbəbindən orqanizminə belə maddənin düşə biləcəyini istisna etməyib. Dopinqdən tamam uzaq olduğunu bildirən idmançı hər zaman ədalətli mübarizə prinsiplərinə sadiq qaldığını sözlərinə əlavə edib. Güləşsevərləri narahat olmamağa səsləyən Toğrul zədəsi ilə bağlı bir müddətdir ki, güləşmədiyini, əməliyyata hazırlaşdığını söyləyib.

Fərid Mehdiyev