Canlı
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmaması ilə bağlı 128 akt və protokol tərtib olunub

Mayın 1-dən 15-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 128 akt və protokol tərtib olunub. Ümumilikdə, 28 iş üzrə 25545,6 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.

Ruhəngiz Hacızadə