Ermənilərin yeni fişinq hücumları müəyyən edilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumlarını müəyyən edib. Müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb saytlar hazırlanır. Sosial mühəndislik yolu ilə vətəndaşlar aldadılaraq onlara məxsus bank kartı məlumatlarının ələ keçirilir. Bu isə pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoddur.
Lalə Nəsib