"Ermənistanın bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi" Prezident İlham Əliyev
Ermənistanın bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi. Bu barədə Prezident İlham Əliyev Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlət başçısı sonuncu antiterror əməliyyatından sonra müsadirə edilən hərbi sursatlar, ağır silahlar, zirehli maşınlardan danışıb. Onların dəyərinin bir milyard dollara yaxın olduğunu bildirib. İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın olub.
Lalə Nəsib