Ermənistan qızışdırıcı bəyanatlar verməkdən çəkinməlidir
Ermənistan sülh prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı bəyanatlar verməkdən çəkinməlidir. Bu fikri Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşündə söyləyib. Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Ceyhun Bayramov forum çərçivəsində Lüksemburqun xarici işlər naziri Xavier Bettel, albaniyalı həmkarı İqli Hasani, Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi Paul Riçard Gallager və Etimad Tədbirləri üzrə Konfransın Baş katibi Kairat Sarybayla da görüşlər keçirib.
Lalə Nəsib