"Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıyıq" Ceyhun Bayramov
Azərbaycan Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıdır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən 47-ci iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə məlumat verib. Bunun təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanlar yaratdığını qeyd edib.
Lalə Nəsib