Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir
Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir. Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ümumi uzunluğu 65.7 km olan Füzuli-Ağdam avtomobil yolu I texniki dərəcəyə uyğun inşa edilir. Uzunluğu 18 km olan Bərdə–Ağdam, 35.5 km uzunluğa malik Ağdərə-Ağdam və uzunluğu 80 km olan Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolllarında da tikinti işləri davam etdirilir. Hər 3 avtomobil yolu II texniki dərəcəyə uyğun müasir səviyyədə yenidən qurulur.
Lalə Nəsib