Füzuliyə köçürülən bir qrup şəxsə avadanlıqlar təqdim edilib
Füzuliyə köçürülən bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib. Avadanlıqlar avtoşinlərin təmiri xidmətləri, avtoyuma xidmətləri, kişi bərbəri, kiçik dərzi sexi, qadın gözəllik salonu, dönərxana və un məmulatları istehsalını əhatə edib. Bununla da Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün yaradılan təsərrüfatların sayı 36-ya çatıb.
Lalə Nəsib