"Fənərbağça" sabiq futbolçusu nu yenidən heyətinə qatıb
Türkiyənin "Fənərbağça" komandası sabiq futbolçusu Sərdar Dursunu yenidən heyətinə qatıb. İstanbul nəhəngi 32 yaşlı hücumçunu "Fatih Karagümrük"dən cari mövsümün sonunadək icarəyə götürüb. Türkiyə millisinin üzvü ötən ilin yayında "Fənərbağça"nı tərk etmişdi. Sərdar Dursun bu mövsüm 25 oyunda 6 qolla yadda qalıb.
Lalə Nəsib