FHN gözlənilən qarlı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti kəskin dəyişərək temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib ki, yanvarın 15-i səhər saatlarından yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Lalə Nəsib