Fransa ictimaiyyətinin tanınmış nümayəndələri Natəvanın abidəsinə qarşı vandalizmi pisləyib
Fransa ictimaiyyətinin tanınmış nümayəndələri Evian-le Bən şəhərində “Azərbaycan bağı”na və Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş yolverilməz davranışı sərt tənqid ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, onlar bu addımı absurd və obyektivlikdən tamamilə uzaq olan ermənipərəst qüvvələrin əməlləri adlandırıblar. Erməni diasporunun Fransadakı bir sıra nümayəndələrinin fransalı siyasətçiləri Azərbaycana qarşı qızışdırmağa çalışdığı bildirilib. Bunun Bakı ilə İrəvan arasında sülhün yaranmasına mane olduğu qeyd edilib.
Lalə Nəsib