Fransada Azərbaycanofobiya absurd səviyyəyə çatıb
"Fransanın Evian şəhərində Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranmış vəziyyət fransız cəmiyyətini çulğalayan Azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığını göstərir". Qərbi Azərbaycan İcması bu vandalizm əməlini, mədəni irsin dağıdılmasını, İslamofob hərəkəti kəskin şəkildə pisləyir və UNESCO-nu məsələyə dərhal reaksiya verməyə çağırır. Fransada Natəvanın abidəsinin sökülməsi təhlükəsinin erməni və fransız cəmiyyətinin hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirdiyi vurğulanır.
Lalə Nəsib