Fransada yaşayan azərbaycanlılar Evian şəhərində etiraz aksiyası keçirir
Fransada azərbaycanlı şair Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına cavab olaraq, Azərbaycan və türk icmalarının üzvləri Evian şəhərində etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları “Natəvanın mədəni irsini qoruyaq!”, “Azərbaycan bağının adının bərpasını tələb edirik!” kimi şüarlar səsləndiriblər. Nümayiş yerli hakimiyyət orqanlarının icazəsi ilə reallaşıb.
Lalə Nəsib