Fransada yaşayan soydaşlarımız Evian-lö Bən şəhər meriyasına etiraz ediblər
Fransanın Evian-lö Bən şəhər meriyasının “Azərbaycan Bağı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan Azərbaycan icmasını hiddətləndirib. Bu yolverilməz hadisə İsmayıllı ilə bu şəhər arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasının kobudcasına pozulması kimi qiymətləndirilib. Azərbaycanla Ermənistanın artıq sülh müqaviləsinin imzalanması üzrə danışıqlar mərhələsində olduğu xatırladılıb.
Lalə Nəsib