Fransadakı Azərbaycan icması AŞPA-ya etiraz edib
"Fransada yaşayan Azərbaycan icması Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə qətnaməsini qətiyyətlə pisləyib" Fransa Azərbaycanlıları bildirib ki, AŞPA-nın belə qərar qəbul etməsi öz dəyərlərinin məhv edilməsindən başqa bir şey deyil. Fransadakı icmamız AŞPA-nı beynəlxalq hüququn gücünü və prinsiplərini kövrək demokratiyaların mövcud olduğu Azərbaycan kimi ölkələrə qarşı təzyiq vasitəsinə çevirməməyə, belə üzv-dövlətləri təşviq etməyə çağırıb.
Lalə Nəsib