"Fransanın Azərbaycana qarşı iddialar səsləndirməyə heç bir mənəvi haqqı yoxdur" XİN
"Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya fikir və mətbuat azadlığının hədəf alındığı barədə bəyanatını qətiyyətlə rədd edirik" Xarici İşlər Nazirliyindən bildirilib ki, insan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, qanunvericilik strukturlarında geniş rüşvətxorluq və korrupsiya hallarının yayıldığı, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının geniş hal aldığı Fransanın Azərbaycana qarşı iddialar səsləndirməyə heç bir mənəvi haqqı yoxdur. Bir daha Rəsmi Parisdən Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik"-deyə nazirlikdən vurğulanıb.
Lalə Nəsib