Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib
Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib. 1/4 final mərhələsinin bu gün keçirilən cavab matçında "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib. Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0. Mərhələ adlayan komanda bu raundda "Zirə" ilə üz-üzə gələcək.
Lalə Nəsib