Canlı
Göyçayda 1 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Göyçay rayonunda bədbəxt hadisə baş verib. Hadisə rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 1 yaşlı Hüseyn Mahmudov yaşadığı evdə oynayarkən pəncərədəki pərdə ipi onun boğazına dolanıb. Valideynlərin nəzarətindən kənar qalan uşaq boğulub. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilsə də, uşaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə