Güləş üzrə 20 yaşlılar arasında Azərbaycan çempionatı keçiriləcək
Yanvarın 29-u 20 yaşadək sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Turnir fevralın 1-dək davam edəcək.
Lalə Nəsib