Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib. O, bu barədə keçirdiyi brifinqdə məlumat verib. İrakli Qaribaşvili keçirdiyi brifinqdə vəzifəsindən ayrılmasının ona hakim “Gürcü Arzusu” partiyasının siyasi şurası tərəfindən partiya sədri vəzifəsini tutmaq təklifi edilməsi ilə əlaqələndirib. Baş nazir qeyd edib ki, partiyanın konqresi fevralın 1-də keçiriləcək.
Lalə Nəsib