Gədəbəydə 19 yaşayış məntəqəsini birləşdirən yol yenilənir
Gədəbəydə 17 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə start verilib. Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli yolunun uzunluğu 45 kilometrdir. 4-cü texniki dərəcəyə uyğun yenilənən yolun eni 8-9 metrə qədər genişləndirilir.
Lalə Nəsib