Canlı
Gəncə şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesi davam edir

Gəncə şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesi davam edir. AFFA-nın vəsaiti hesabına aparılan işlər demək olar ki, ekvator xəttindədir. Avtomatlaşdırılmış suvarma sisteminin çəkilişi artıq başa çatmaq üzrədir. Drenaj tam yenilənib, suvarılma sistemi ilkin testdən keçirilib. Sahədə ot səpininə isə gələn həftə başlanacaq.

Fərid Mehdiyev