Gəncə polisi gücləndirilmiş iş rejimində işləyir
Gəncədə son günlər pirotexniki vasitələrin satışını təşkil etmək istəyən şəxslər saxlanılıb. Onlardan ümumilikdə 30 min ədəddən çox müxtəlif növ pirotexniki vasitə götürülüb. Saxlanılan şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Həmçinin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində də tədbirlər davam etdirilir.
Lalə Nəsib