Gəncə qızılcaya qarşı peyvəndləmə aparılır
Gəncədə son vaxtlar yayılan qızılcaya qarşı vaksinasiya aparılır. Peyvənd vurulmayan və ya peyvənd edilmə vaxtı çatan uşaqlar prosesə cəlb ediliblər. Vaksinasiya şəhərin bütün Ailə Sağlamlıq Mərkəzlərində aparılır. Respublika Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən göndərilən peyvəndlər qızılcaya yoluxmanın qarşısını alır və ya xəstəliyin yüngül formada keçməsini təmin edir. Peyvəndləmənin aparıldığı 4 gün ərzində 500-ə yaxın uşaq vaksinasiya edilib.
Lalə Nəsib