"Gəncə" səfərdə də "Azərreyl"ə uduzub
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun bir oyunu keçirilib. “Azərreyl” “Gəncə”ni sınağa çəkib. “Gəncə” rəqibinə müqavimət göstərə bilməyərək 0:3 hesabı ilə məğlub olub. Bu qələbə sayəsində xallarının sayını 18-ə yüksəldən “Azərreyl” “Abşeron”la birlikdə turnir cədvəlinə başçılıq edir. “Gəncə” isə 9 xalda qalıb.
Lalə Nəsib