Gəncə sakini Bakıda oğurluq görə saxlanılıb
Bakının Biləcəri qəsəbəsində avtoservislərin birində “Mercedes” avtomobilinin 2500 manat dəyərində mühərriki oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən Gəncə sakini Orxan Quliyev saxlanılıb. Paytaxt ərazisində marketdən 6055 manat dəyərində oğurluq edən Neftçala sakini Əli Abdullayev də tutulub. Araşdırma aparılır.
Lalə Nəsib