Gəncə və Şəkidə qəza olub, ölən və xəsarət alan var
Şəkidə Murad Əfəndiyev idarə etdiyi “Lada Priora” markalı avtomobil ilə yolu keçən piyada, 68 yaşlı Əntiqə Fətəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Gəncədə də analoji hal yaşanıb. Şəhərin Nəriman Nərimanov prospektində yük maşını yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini, 64 yaşlı qadını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Hər iki fakt araşdırılır.
Lalə Nəsib