Gəncə və Şəkidə yol-nəqliyyat hadisəsi baş verib. xəsarət alan var
Gəncənin Yeni Gəncə yaşayış massivində avtomobil 34 yaşlı Firuzə Məmmədovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib. Şəkinin İnçə kəndində isə Əfqan Mahmudovun idarə etdiyi “Ford” avtomobili dərəyə aşıb. Sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri xəstəxanaya aparılıb. Hər iki fakt araşdırılır.
Lalə Nəsib